“Barselona”nın futbolçusu Çempionlar Liqasının tarixinə düşdü

16:15 - 11 Aprel 2024

“Barselona”nın futbolçusu Çempionlar Liqasının tarixinə düşdü

“Barselona” klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib.

Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub.

İspaniyalı müdafiəçi PSJ ilə görüş zamanı əsas heyətdə çıxış edib və komandasına kömək edib.

Qeyd edək ki, Pau Kubarsi “Barselona” futbol akademiyasının yetirməsidir və bu mövsüm komanda ilə 26 oyunda meydana çıxıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin