“Qarabağ”ın futbolçusu: “Bu qədər qol vuracağıma inanmırdılar” - VİDEO

18:43 - 11 Aprel 2024

“Qarabağ”ın futbolçusu: “Bu qədər qol vuracağıma inanmırdılar” - VİDEO

“Müdafiəçi olduğum üçün bu qədər qol vuracağıma inanmırdılar”.

 

Manset.az xəbər verir ki, bunu "İdman Bizimlə”nin qonağı olan “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

O bildirib ki, bu mövsümkü perfotmansından razıdır: “Hər komandanın öz penalti yerinə yetirənləri olur. Baş məşqçimə minnətdaram ki, mənə güvənir, penaltiləri mən yerinə yetirirəm. Bu il çox penalti qazanmışıq. Buna görə də Juninyo və digər komanda yoldaşlarıma təşəkkür edirəm. Penaltilərin on üçündən on ikisini yerinə yetirmişəm. Oyunun gedişatında da qollar vurmuşam. Bu mövsüm mənə görə uğurlu olub”.

Qeyd edək ki, Bayramov vurduğu qollardan 9-ni Premyer Liqada vurub. O, Avropa Liqasında da 3 dəfə fərqlənib. Toral həmçinin milli komandada fərqlənib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin