Saatlıda avtomobilinə yanacaq tökən sürücünü maşın vuraraq öldürdü

09:33 - 12 Aprel 2024

Saatlıda avtomobilinə yanacaq tökən sürücünü maşın vuraraq öldürdü

Saatlıda avtomobilinə yanacaq tökən sürücünü maşın vuraraq öldürüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Kamallı kəndi ərazisində qeydə alınıb.

Laçın sakini, 1972-ci il təvəllüdlü Hamlet Lənkəran oğlu Cavadov avtomobilinə yanacaq tökərkən yolda hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin