Liftdə köməksiz qalan azyaşlı belə xilas edildi - VİDEO

10:38 - 12 Aprel 2024

Liftdə köməksiz qalan azyaşlı belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, verilən məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının texniki nasazlıq səbəbindən yeddinci mərtəbəsində dayanmış liftin qapısını xüsusi vasitələrlə açıb köməksiz vəziyyətdə qalmış 2016-cı il təvəllüdlü Y.Əliyevi xilas edərək yaxınlarına təhvil veriblər.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin