ABŞ-də yaradılan rəng mərkəzləri böyük tələbat görür

16:17 - 30 Aprel 2024

ABŞ-də yaradılan rəng mərkəzləri böyük tələbat görür

Nyu Yorkda hazırda rəng mərkəzləri böyük tələbat görür.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu mərkəzlər insanlara hansı rəngin dəri rənginə uyğun olduğunu, hansı tonlarda makiyajdan istifadə etməli olduqlarını, zinət əşyaları üçün hansı daş və metalları seçməli olduqlarını bildirirlər.

Fərdi olaraq hər müştəri üzərində 80 dəqiqədən 3 saata qədər analiz aparır. Qiymətlər 245-585 dollar arasında dəyişir.

Görüş təyin etmək çox çətindir. Ayda iki dəfə açılan qəbullar 15-20 dəqiqəyə doldurulur. Bəzi mərkəzlərdə 2 min nəfərlik gözləmə siyahısı var. Bəzi müştərilər ad günləri və ya subaylıq partiyaları üçün qruplarda görüşlər sifariş edirlər. Bu böyük marağın arxasında isə bunun sosial statusun yeni simvolu olması dayanır. Əldə edilməsi çətin olan xidmət olduğundan onun rəngini öyrənib sosial platformalarda paylaşmaq böyük maraqla qarşılanır.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin