Pakistanda güclü yağış və şimşək: 55 nəfər ölü

14:35 - 16 Aprel 2024

Pakistanda güclü yağış və şimşək: 55 nəfər ölü

Pakistanın cənub-qərb əyalətlərində güclü yağış və ildırım çaxması nəticəsində 55 nəfər həyatını itirib.

 

Manşet.az-ın xarici mediaya istinadən məlumatına görə, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu bildirilib.

Rəsmilər Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində güclü yağış və ildırım çaxmalarının 3 gündür davam etdiyini qeyd ediblər.

Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görüb və  infrastruktura ciddi ziyan dəyib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin