ABŞ-da qazi cinayəti 56 il sonra üzə çıxdı

15:07 - 16 Aprel 2024

ABŞ-da qazi cinayəti 56 il sonra üzə çıxdı

ABŞ-ın Florida ştatında südçü işləyən İkinci Dünya Müharibəsi veteranı Hiram “Ross” Qreyamın ölümü 56 il sonra üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qatilin 2016-cı ildə ölən Tomas C. Uilyams olduğu müəyyən edilib.

Beləki, Qreyam 1968-ci ildə süd çatdırmağa getdikdən sonra evə qayıtmayıb. Daha sonra onun güllələnmiş cəsədi və süd maşını meşənin dərinliyində tapılıb. Lakin onun qatili tapılmayıb. Dedektivlər hadisəni araşdırmağa davam ediblər.

Tomas C. Uilyamsın qətldə iştirakı 2006-cı ildə gündəmə gəlib. Bununla belə, Uilyams istintaq bitməzdən əvvəl, 2016-cı ildə ölüb.

Polis qatilin ölümünə baxmayaraq, hadisəni təqib edib. Uilyamsın keçmiş arvadı və bacısının dostunun müstəntiqlərə verdiyi ifadələrdən sonra qətli Uilyamsın törətdiyi təsdiqlənib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin