Avstraliyada fransız vətəndaşı "qəhrəman" elan edildi - “İstəsə vətəndaşlıq da verə bilərik"

17:26 - 16 Aprel 2024

Avstraliyada fransız vətəndaşı

Avstraliyanın Sidney şəhərində şənbə günü ticarət mərkəzində baş verən bıçaqlı hücum zamanı təcavüzkarın qarşısına dəyənəklə çıxan fransız işçi Damian Guerota müddətsiz viza veriləcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 6 nəfərin öldüyü, 12 nəfərin yaralandığı hücumda Guerot ölkədə "qəhrəman" elan edilib.

Bıçaqlı təcavüzkar Joel Kauçi polis tərəfindən güllələnərək öldürülüb

Avstraliyanın baş naziri Entoni Albanese ölkədəki vizası bu ay bitəcək fransızın istədiyi qədər Avstraliyada qala biləcəyini bildirib:

"Mən Damiana səslənirəm... Nə qədər istəyirsən qal, qapımız hər zaman sənin üzünə açıqdır. İstəsə ona vətəndaşlıq da verə bilərik".

Avstraliya mətbuatına danışan Guerot hücumu dayandırmağa çalışarkən tərəddüd etmədiyini açıqlayıb.

Psixi problemləri olduğu bildirilən hücumçunun xüsusilə qadınları hədəf aldığı məlum olub.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin