Bu ölkədə güclü fırtına - VİDEO

17:40 - 16 Aprel 2024

Bu ölkədə güclü fırtına - VİDEO

Dünən İngiltərənin Staffordşir bölgəsində şiddətli fırtına hadisəsi baş verib.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, fırtına yerli vaxtla 06.30-da baş verib.

Güclü külək nəticəsində zibil yeşikləri, dam örtükləri və ağaclar uçub, evlərin şüşələri və avtomobillərə ziyan dəyib.

Fırtına zamanı park edilmiş avtomobil aşıb. Həmin an təhlükəsizlik kamerasına düşüb.

Videoda qəfil fırtına zamanı avtomobilin aşaraq yanındakı mikroavtobusa dəydiyi görünür.

Qeyd edək ki, hadisə ilə bağlı İngiltərədə körpülər və parklar müvəqqəti bağlanıb.

Jalə

Manşet.az

 

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin