Laporta Xavini saxlaya biləcəyinə inanır

19:42 - 16 Aprel 2024

Laporta Xavini saxlaya biləcəyinə inanır

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Xavi Ernandesin gələcəyi ilə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.

 

Manset.az Fanat.Az-a istinadən xəbər verir ki, "Mundo Deportivo" klub funksionerinin dediklərini belə çatdırıb:

“Bu məsələni mövsümün sonunda müzakirə edəcəyik. Vəziyyət dəyişə bilər. Mən başa düşürəm ki, Xavi istefa verdiyini açıqlayanda onu buna məcbur edən hallar var idi”. 

Xavi bir neçə gün əvvəl bildirib ki, mövsümün sonunda "Barselona"dan ayrılmaq qərarını dəyişməyəcək. Bununla belə, klub mütəxəssisi razı salacağına ümid edir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin