Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq

21:24 - 16 Aprel 2024

Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq

Rusiyada tikinti materiallarının qiymətləri 17%-dən 32%-ə yüksələcək.

 

Manset.az  publika.az-a istinadən xəbər verir ki, daşqından zərər çəkmiş rayonlarda, eləcə də ölkənin yeni ərazilərində metal konstruksiyalar, sement və alçıpanlara ehtiyac olduğu üçün yazın sonuna qədər qiymət artacaq.

Maksimum qiymət artımı Tatarıstan, Krasnodar diyarı, Sankt-Peterburq, Moskva, Leninqrad, Novosibirsk və Sverdlovsk vilayətlərində gözlənilir.

Ən çox bahalaşan məşhur M400 və M500 markalarının sementi olacaq. Proqnozlara görə, yayda bir tonun dəyəri 10 000 rublu (təxminən 181 manat) keçəcək. 2024-cü ilin əvvəlindən sement istehsalının həcmi 6% artıb, lakin ekspertlərin fikrincə, bu, topdansatış qiyməti saxlamaq üçün kifayət deyil. Bundan əlavə, sementə artan tələbat var.

Qiymət artımı baxımından ikinci yeri binaların tikintisində istifadə olunan nəmə davamlı alçıpan tutacaq. İndi bir təbəqənin topdansatış qiyməti təxminən 400 rubl (təxminən 7 manat) təşkil edir. Yayda bu, 20%-ə qədər artacaq.

Fitinqlər və profillər də bahalaşacaq. "Mash" teleqram kanalı yazır ki, yayın əvvəlinə bir tonun qiyməti 30 min rublu (təxminən 542 manat) keçəcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin