Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNDİ

16:17 - 18 Aprel 2024

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNDİ

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

11:47

Bakıda evdən qızla oğlanın meyiti tapılıb.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən evlərdən birində 37 yaşlı Ə. Ə. və 25-30 yaşlarında qızın meyiti hamam otağında aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin