Omanda daşqın nəticəsində ölənlərin sayı ARTDI

17:30 - 18 Aprel 2024

Omanda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Omanda bazar günündən bəri davam edən leysan yağış və güclü küləklər nəticəsində vəfat edənlərin sayı artıb.

 

Manset.az Oman xəbər agentliyinin ONA-ya istinadən xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədi tapılıb.

Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, ONA daha əvvəl xəbərlərdə yardım əməliyyatları zamanı polis vertolyotları ilə 1630 vətəndaşın xilas edildiyini, 630 nəfərin təxliyyə edildiyini, 202 axtarış-xilasetmə uçuşu əməliyyatının həyata keçirildiyini açıqlamışdı.

Jalə

Manşet.az


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin