Kosovoda güclü PARTLAYIŞ

17:37 - 18 Aprel 2024

Kosovoda güclü PARTLAYIŞ

Kosovanın Zveçan bələdiyyəsinin Zerovniç kəndində partlayış hadısəsi  baş verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında Kosovonun şimalındakı Zveçan bələdiyyəsinin Zerovniç kəndindəki evə əl qumbarası atılıb. Hücum nəticəsində dağıntılar baş verib.

Bu barədə Kosovo Polisinin Şimal Bölgəsi üzrə direktor müavini Veton Elşəni açıqlama verib.

O, açıqlamasında, "partlayışın bir evin bağçasına atılan əl qumbarası nəticəsində baş verdiyi güman edilir. Xırda maddi ziyan olsa da, xəsarət alan olmayıb. Hadisə yerinə müvafiq polis bölmələri gəlib, araşdırma aparılır". deyib.

Yerli mətbuatda yayılan xəbərlərdə, hücumun Kosovo serb Draqan Mladoviçin bölgədə bəzi mühüm Kosovo şirkətlərinin istehsal etdiyi malları paylamağa başladığı üçün hədəf alındığı bildirilir.

Bildirək ki, Kosovo qurumları və şirkətləri ilə əməkdaşlıq edən Kosovo serblərini hədəf alan partlayışlar və yanğınlar son vaxtlar regionda dəfələrlə baş verib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin