“Turan Tovuz”un yeni baş məşqçisi o  oldu

23:29 - 11 İyun 2024

“Turan Tovuz”un yeni baş məşqçisi o  oldu

“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.

 

Manset.az  “Matç.az”a istinadən xəbər verir ki, mövsümün sonunda Ayxan Abbasovla yollarını ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.
Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət olunub.
1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.
Berdiyevin əsas uğurları “Rubin”lə bağlıdı.
O, Kazan klubunda 2 dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, 1 dəfə isə Rusiya Kubokunu qazanıb.
Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa çatdırıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin