ABŞ bu ölkəyə 5 milyard dollarlıq Patriot satacaq

13:44 - 16 Avqust 2024

ABŞ bu ölkəyə 5 milyard dollarlıq Patriot satacaq

ABŞ administrasiyası Almaniyaya ümumi dəyəri 5 milyard dollar, təxminən 8 milyard manat olan 600 Patriot raket avadanlığının satışını təsdiqləyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu tədarüklə Almaniyanın Ukraynaya külli miqdarda silah bağışladıqdan sonra azalan ehtiyatlarını dolduracağı gözlənilir. Açıqlamada sözügedən satışın Avropada təhlükəsizlik və sabitliyin davam etdirilməsinə əhəmiyyətli töhfə verəcəyinə diqqət çəkilib.

Qeyd edək ki, Almaniya ABŞ-dən sonra Kiyevə ən çox hərbi dəstək verən ölkə kimi tanınır.

 

Fidan Əliyeva

Manşet.az


 

 
 

Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin