"İndi də bu virus sürətlə yayılır" - ÜST

09:23 - 26 İyun 2021

Hazırda koronavirusunDelta ştammıazı 85 ölkədə mövcuddur, peyvənd edilməmiş əhali arasında sürətlə yayılır.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

 

ÜST rəhbəri “Delta”nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb: “Bir sıra ölkələrdə koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətlərin yumşaldılması fonunda dünyada COVID-19-un yayılması güclənir. Nə qədər çox yoluxma halları varsa, bir o qədər çox seçim var. Bu baxımdan "COVID-19-un yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edilməlidir”.

 

Qebreyesus bildirib ki, məhz buna görə də bütün ölkələrdə peyvəndləmə prosesini bərabər təmin etmək vacibdir.

 

Bakupost


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin