Danimarka yığması Bakıya gələcək - Yenilənib

00:12 - 27 İyun 2021

Danimarka yığması Bakıya gələcək - Yenilənib

Bu gün AÇ-2020-nin 1/8 final mərhələsinə start veriləcək. Manset.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə Uels və Danimarka milli komandaları üz-üzə gələcəklər. Günün digər matçında İtaliya yığması Avstriyanın müqavimətini qırmağa çalışacaq.

AÇ-2020

1/8 final

26 iyun

20:00. Uels – Danimarka

Baş hakim: Daniel Zibert (Almaniya).

Amsterdam. “Yohan Kroyff Arena”

23:00. İtaliya – Avstriya

Baş hakim: Entoni Teylor (İngiltərə).

London. “Uembli” stadionu.

Qeyd edək ki, Uels - Danimarka cütünün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 finalda meydana çıxacaq.

***

Uels - Danimarka matçı başladı.

***

Dolberq 27-ci dəqiqədə hesabı açdı. 

***

Matçda fasilə oldu.

***

İkinci hissə başladı. 

***

48-ci dəqiqədə Danimarka hesabı 2:0 edir. Dolberq dublla yadda qalır.

***

Maehle 88-ci dəqiqədə hesabı 3:0 edir.

***

Oyunun 91-ci dəqiqəsində Uilson qırmızı vərəqə aldı.

***

Martin Brautvey 95+5-ci dəqiqədə fərqlənib.

***

Matç bitdi.  “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

***

Danimarka milli komandası iyulun 3-də Bakı Olimpiya Stadionunda baş tutacaq 1/4 final matçında Niderland - Çexiya görüşünün qalibi ilə üz-üzə gələcək.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin