Qurban bayramına görə 4 gün iş olmayacaq - QƏRAR

20:16 - 1 İyul 2021

Qurban bayramına görə  4 gün iş olmayacaq - QƏRAR

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Manset.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin