Arif Quliyevin məzar daşı hazırlandı - FOTO

16:51 - 7 İyul 2021

Arif Quliyevin məzar daşı hazırlandı - FOTO

Mayın 7-də koronavirusdan 70 yaşında dünyasını dəyişən Xalq artisti Arif Quliyevin məzarının üstü götürülüb.

Manse.az xəbərverir ki, bunu Lent.az-a açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib. 

Xatırladaq ki, bir müddət öncə Xalq artisti Arif Quliyevin məzar daşının hələ də hazırlanmaması barədə yerli mediada məlumat yayılmışdı. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilmişdi ki, Xalq artistinin məzarının üstünü onun yaxınları götürməlidir: "Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb".

Qeyd edək ki, A.Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.



Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin