Özbəkistanda sel və daşqınlar nəticəsində səkkiz nəfər həlak oldu

20:59 - 13 İyul 2021

Özbəkistanda sel və daşqınlar nəticəsində səkkiz nəfər həlak oldu

İyulun 13-də Özbəkistanın dağlıq vilayət və rayonlarında yağan güclü yağış daşqınla nəticələnib. Təbii fəlakət bir sıra fəsadlar törədib.

Manset.az Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Fərqanə vilayətinin Kasansay şəhərindən keçən eyni adlı çayda baş verən sel və daşqınlar ilkin məlumata görə, 8 nəfərin həyatına son qoyub. Bundan başqa, 8 nəfər də xəsarət alıb.
Ölən və yaralananların arta biləcəyi istisna olunmur. Axtarış-xilasetmə işləri davam etdirilir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin