ABŞ Dövlət katibi Paşinyana zəng etdi - Erməni əsirlərin...

23:38 - 13 İyul 2021

ABŞ Dövlət katibi Paşinyana zəng etdi - Erməni əsirlərin...

ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, telefon danışığı zamanı Entoni Blinken Vaşinqtonun “bütün erməni əsirlərinin Azərbaycandan qaytarılması” üçün səylərini davam etdirəcəyini bildirib.

Manset.az xəbər verir ki, diplomat habelə Minsk Qrupunun fəaliyyətinin bərpa ediləcəyinə ümid bəslədiyini deyib. “Münaqişənin uzunmüddətli həllinin tapılması üçün” sülh prosesinin aydın gündəminin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.

Nikol Paşinyan isə bir ay əvvəl Azərbaycandan erməni “əsirlərinin” qaytarılmasında dövlət katibinin köməkçisi Filip Rikerin göstərdiyi səyləri yüksək qiymətləndirib.

virtualaz.org


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin