Roma Papası xəstəxanadan buraxıldı

17:55 - 14 İyul 2021

Roma Papası xəstəxanadan buraxıldı

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

Manset.az xəbər verir ki, bu barədə Vatikan nümayəndəsi Matteo Bruni məlumat verib.

Onun sözlərinə görə, Papa xəstəxananı tərk etdikdən sonra Romada Santa-Maria-Maggiore katedralına gedib. O, burada uğurlu keçən əməliyyat üçün dua edib və bunun ardından Vatikana dönüb.

Qeyd edək ki, Roma Papası iyulun 4-ü xəstəxanaya yerləşdirilmiş və yoğun bağırsaq əməliyyatı keçirmişdi.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin