Oxçuçayı çirkləndirən kombinatdakı axtarışdan FOTOLAR

11:36 - 15 İyul 2021

Oxçuçayı çirkləndirən kombinatdakı axtarışdan FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda Zəngəzur mis-molibden kombinatında axtarış əməliyyatı keçirilib.

Manset.az-ın “Panorama.am” saytına istinadən məlumatına görə, erməni xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyatdan bu gün görüntülər yayılıb.

Əməliyyat zamanı otaqlardakı kompüterlər müsadirə olunub.

Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatında ən son iyulun 8-də yoxlama-axtarış əməliyyatı keçirilib. Belə ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı bu kombinatda müxalifət lehinə rüşvət paylandığını iddia edirdi.

Xatırladaq ki, səhmlərinin böyük hissəsinin Almaniyanın “CRONIMET” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatı istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya axıdır.



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin