Yevlaxda qardaş qardaşı qətlə yetirdi

09:35 - 13 Oktyabr 2022

Yevlaxda qardaş qardaşı qətlə yetirdi

Yevlaxda 51 yaşlı kişi qardaşını qətlə yetirib.

 

Manset.az xəbər verir ki, oktyabrın 12-si saat 20 radələrində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun bıçaqla Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Elşad Əsədov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin