Bakıda yaşayış kompleksində YANĞIN: 4-ü uşaq olmaqla...

17:34 - 13 Oktyabr 2022

Bakıda yaşayış kompleksində YANĞIN: 4-ü uşaq olmaqla...

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin