“Belarusa müharibə lazım deyil, başqalarının ulamasına fikir verməyin” - Lukaşenko

22:06 - 21 Oktyabr 2022

“Belarusa müharibə lazım deyil, başqalarının ulamasına fikir verməyin” - Lukaşenko

“Belarusun bu gün heç bir müharibəyə ehtiyacı yoxdur”



Manset.az xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Qeyd edək ki, bu gün Belarus dövlətinin başçısı Baranoviçi rayonu yaxınlığında Obuz-Lesnovski poliqonunda olub. Burada Belarus Hərbi sənaye komitəsi Belarus istehsalı olan silah, hərbi və xüsusi texnika nümunələrinin döyüş qabiliyyətini nümayiş etdirir.

“Kənardakı ulamalara fikir verməyin. Bizim bir yerə getmək fikrimiz yoxdur. Hazırda müharibə yoxdur. Bu, bizə lazım deyil”, - deyə “Sputnik Belarus” xəbər agentliyi Lukaşenkonun sözlərindən sitat gətirib.
“Biz sakitləşməliyik. Müharibə olmamasını istəyiriksə, hər kəs öz işi ilə məşğul olmalıdır”, - deyə Belarus lideri vurğulayıb


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin