Ukrayna Silahlı Qüvvələri belaruslulara müraciət etdi: “Kreml divarı əbədi deyil”

22:13 - 21 Oktyabr 2022

Ukrayna Silahlı Qüvvələri belaruslulara müraciət etdi: “Kreml divarı əbədi deyil”

Ukrayna Silahlı Qüvvələri belarusluları Ukraynaya qarşı döyüşməməyə çağırıb.

 

Manset.az xəbər verir ki, bununla bağlı Ukrayna ordusunun Facebook səhifəsində, rus dilində videomüraciət yayımlanıb.

USQ burada Ukraynanın heç vaxt Belarusu təhdid etmədiyini və fevralın 24-dən bəri Belarus ərazisindən ölkəyə edilən hücumlara, gələn raket zərbələrinə, Rusiya qoşunlarının hərəkətinə rəğmən bir dəfə də cavab verilmədiyi vurğulanıb.

Ukrayna Silahlı qüvvələri Belarus vətəndaşlarını hərbi rəhbərliyin Ukraynaya qarşı müharibəyə girmək barədə əmrlərinə tabe olmamağa və hərbi cinayətlərə görə məsuliyyəti Rusiya ilə bölüşməməyə çağırıb.
Ukrayna eyni zamanda əllərində silahla Ukrayna sərhədindən keçənlərin təslim olmalarını da xahiş edir. Ordu rəhbərliyinin bildirdiyinə əsasən, bu halda Belarus vətəndaşlarının təhlükə altında olmayacağını bildirib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin