Ərdoğan tapşırıq verdi: Yunanıstanı qorxu bürüdü - ŞOK İDDİA (FOTOLAR)

22:44 - 21 Oktyabr 2022

Ərdoğan tapşırıq verdi: Yunanıstanı qorxu bürüdü - ŞOK İDDİA (FOTOLAR)

Türkiyənin ilk yerli və milli qısamənzilli ballistik raketi "Tayfun"un sınaqdan keçirilməsi günlərdir Yunanıstan mediasının gündəmindədir. Raketin Yunanıstan torpaqlarına, o cümlədən adalara qədər olan uçuş məsafəsi Afinada çaxnaşma mühiti yaradıb.

 

Manset.az xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında artan gərginliklə bağlı bir çox təhlillər dərc edən yunan mediası "İki ölkə arasında müharibə olacaqmı?" sualına cavab axtarır.

“Tovima” qəzetinin yazdığına görə, bu sualın cavabı “yox”dur...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəflətən gələ bilərik” sözlərinə diqqət çəkən qəzet iki ölkə arasında zaman-zaman artan gərginliyə baxmayaraq, hər iki ölkənin NATO üzvü olması səbəbindən müharibə ehtimalının masada olmadığını yazıb.

WhatsApp Image 2022-10-21 at 22.33.07.jpeg (46 KB)

Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin keçmiş milli təhlükəsizlik müşaviri Aleksandros Diakopoulos "Al Jazeera" telekanalına açıqlamasında isə bunun tam əskini söyləyib: "2019, 2020, 2021-ci ilə qədər müharibə ehtimalının olmadığı fikrini müdafiə edirdim. Amma indi bunu deyə bilmərəm".

Yunanıstanın ERT telekanalına danışan istefada olan general Franqulis Fraqos prezident Ərdoğanın Türkiyə müdafiə sektoruna 2500 km məsafə qət edə biləcək raket hazırlamaq əmri verdiyini iddia edib.

Fraqosun sözlərinə görə, Türkiyə bu addımı ilə regional güc rolunu oynamağı və daha geniş bir bölgəyə nəzarət etməyi hədəfləyir.

Yunanıstan Hərbi Hava Qüvvələrinin istefada olan rəsmisi Konstantinos İatridis isə Yunanıstanın “Ta Nea” qəzetinə deyib ki, "Tayfun" istifadə olunması üçün çoxlu sınaqlardan keçməli olacaq.

WhatsApp Image 2022-10-21 at 22.33.43.jpeg (82 KB)

Qəzetə verdiyi açıqlamada İatridis "Narahat olmağa ehtiyac yoxdur" deyib:

"İş ondadır ki, Türkiyə indi həm pilotsuz təyyarələrdə, həm də ballistik raketlərdə müəyyən imkanlara malikdir. İndi bizim bacarıq və imkanlarımızdan istifadə etmək və müdafiə sənayesini inkişaf etdirmək vaxtıdır".

İatridis, həmçinin Yunanıstanın əlində 150 ​​kilometr mənzilli Patriot raketlərinin olduğunu, Ankaranın isə hava hücumundan müdafiə sisteminə malik olmadığını bildirib.

Xarici işlər naziri Nikos Dendias SKAI televiziyasına verdiyi müsahibədə deyib:

"Türklərin bizi təxribat xarakterli bəyanatlarda ittiham etməsi gülməlidir. Yunanlar isə Türkiyəyə meydan oxumayıb".

Yunanıstanın Türkiyənin Avropa perspektivini açıq şəkildə dəstəkləyən yeganə ölkə olduğunu iddia edən Dendias bildirib ki, Afina Ankaraya kömək əli uzatmağa çalışır.

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin