Məşhur model özündən 13 yaş kiçik fotoqrafla eşq yaşayır - FOTOLAR

23:25 - 21 Oktyabr 2022

Məşhur model özündən 13 yaş kiçik fotoqrafla eşq yaşayır - FOTOLAR

Məşhur aparıcı və model Çağla Şikel son dövrlərin ən populyar fotoqraflarından olan Ali Kalyoncu ilə eşq yaşayır.

 

Manset.az xəbər verir ki, bu barədə "Hürriyət"in köşə yazarı Mehmet Üstündağ yazıb.

O bildirib ki, 1 ay öncə tanış olan 43 yaşlı Çağla ilə 30 yaşlı Ali bir-birlərindən təsirləniblər və görüşməyə başlayıblar.

Onlar yaxın dostlarına hələ ki, eşq münasibəti yaşamadıqlarını, sadəcə bir-birlərini tanımağa çalışdıqlarını deyiblər. Buna baxmayaraq, bu yaxınlarda tədbirlərdən birinə birlikdə qatılıblar.

Qeyd edək ki, Çağla Şikel müğənni Emre Altuğdan boşanandan bəri adının heç kimlə hallanmamasına diqqət edirdi. 2008-ci ildə ailə qurub, 2015-ci ildə boşanan cütlüyün bu nikahdan 2 oğlan övladı dünyaya gəlib. Onlar boşanarkən övladlarının yaxşılığı üçün eşq həyatları ilə gündəmə gəlməyəcəkləri barədə razılaşıblar.

 

Çağla Şikel özündən 13 yaş kiçik fotoqrafla eşq yaşayır - FOTOLAR
Çağla Şikel özündən 13 yaş kiçik fotoqrafla eşq yaşayır - FOTOLAR
Çağla Şikel özündən 13 yaş kiçik fotoqrafla eşq yaşayır - FOTOLAR


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin