Ağ Ev İranda “Starlink”i işə salmaq üçün İlon Maskla danışıqlar aparır

23:38 - 21 Oktyabr 2022

Ağ Ev İranda “Starlink”i işə salmaq üçün İlon Maskla danışıqlar aparır

Ağ Ev İranda "SpaceX" Starlink peyk internet xidmətinin aktivləşdirilməsi üçün milyarder İlon Maskla danışıqlar aparır.

 

Manset.az xəbər verir ki, bu barədə CNN rəsmilərə istinadən xəbər yayıb.

Peyk genişzolaqlı internet iranlılara internetə və bəzi sosial media platformalarına giriş məhdudiyyətlərindən yan keçməyə kömək edə bilər.

ABŞ Maliyyə Nazirliyi keçən ay bəzi peyk internet avadanlığının İrana ixrac oluna biləcəyini bildirərək, şirkətin ölkədə genişzolaqlı peyk xidmətləri göstərmək üçün lisenziyaya ehtiyacının olmaya biləcəyini irəli sürüb. Mask daha sonra ABŞ dövlət katibi Entoni Blinkenin ABŞ-ın iranlılar üçün “internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün” hərəkətə keçdiyi barədə tvitinə cavab olaraq "Starlink"i aktivləşdirəcəyini söyləyib


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin