Şəhriyar “Aimchess Rapid” turnirini ikinci pillədə başa vurdu

23:43 - 21 Oktyabr 2022

Şəhriyar “Aimchess Rapid” turnirini ikinci pillədə başa vurdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.

 

Manset.az xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov ikinci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:1. Nəticədə Azərbaycan təmsilçisi turniri ikinci pillədə başa vurub.

Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən keçirilib və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin