Türkiyədə DƏHŞƏTLİ QƏZA: 21 yaralı və ölən var

08:47 - 22 Oktyabr 2022

Türkiyədə DƏHŞƏTLİ QƏZA: 21 yaralı və ölən var

Türkiyənin Batman vilayətində ağır yol qəzası baş verib.

Manset.az xəbər verir ki, sərnişin avtobusu Diyarbəkir istiqamətində hərəkətdə olarkən qumla dolu TIR-a çırpılıb.

Qeyd olunub ki, yol qəzasında avtobus sürücüsü həyatını itirib, 21 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və təhlükəsizlik qüvvələri cəlb edilib.

Xəstəxanaya aparılan sərnişinlərdən biri həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Qəza ilə bağlı araşdırmaya başlanılıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin