3 ay əvvəl yoxa çıxan çobanın meyiti qorxunc vəziyyətdə tapıldı

10:12 - 22 Oktyabr 2022

3 ay əvvəl yoxa çıxan çobanın meyiti qorxunc vəziyyətdə tapıldı

Türkiyənin Ardahan şəhərində açıq sahədə meyit tapılıb.

Manset.az musavat.com-a istinadən bildirir ki, uzun müddət açıq havada qaldığı üçün tanınmaz hala gələn meyitin 3 ay əvvəl çobanlıq edərkən yoxa çıxan Erhan Uslusuya məxsus olduğu ortaya çıxıb.

Yamçılı kəndində açıq sahədə meyit görən vətəndaşlar jandarmaya xəbər verib. Əraziyə gələn qruplar apardıqları araşdırmada meyitin kişiyə aid olduğunu müəyyən ediblər. Uzun müddətdir açıq havada olduğu düşünülən meyit yarılma üçün Ardahan Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Bildirilib ki, 3 ay əvvəl rayonda çobanlıq edərkən yoxa çıxan Erhan Uslusuya aid olduğu düşünülən meyitin yarılma əməliyyatlarından sonra daha dəqiq müəyyənləşəcəyi bildirilib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin