“Instagram” çökdü – FOTO

18:48 - 31 Oktyabr 2022

“Instagram” çökdü – FOTO

“Instagram” sosial şəbəkəsinin işində irimiqyaslı problemlər baş verib.

 

Manset.az xəbər verir ki, bunu internet resurslarının işində problemlərə nəzarət edən “Downdetector” xidmətində istifadəçilərin şikayətləri sübut edir.

Saytda minlərlə insan “Instagram”ın çökməsi ilə bağlı mesajlar yerləşdirib. “Downdetector”dakı xəritəyə əsasən, ABŞ-dan olan istifadəçilər problemlərlə üzləşiblər.

Şikayətlərin əksəriyyəti (65 faiz) proqramın işləməməsi ilə bağlıdır.

Bundan əlavə, istifadəçilərin 29 faizi hesablarına daxil olmaq istəyərkən, 6 faizi isə “Instagram”ın brauzer versiyasından istifadə edərkən problemlərlə üzləşib.

Şəbəkə məsələ ilə bağlı şərh verməyib.

 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin