İnsanları yaşlandıran "zombi" hüceyrələrinin təəccüblü faydası....

18:53 - 31 Oktyabr 2022

İnsanları yaşlandıran

ABŞ tədqiqatçıları insan orqanizmində zombi hüceyrələrinin faydalı xüsusiyyətini aşkar ediblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, San-Fransisko Kaliforniya Universitetində aparılan araşdırmada qocalmaya bağlı xəstəliklərdə rol oynadığı üçün çox da populyar olmayan bu hüceyrələrin əslində zədələnmiş toxumaların sağalmasına kömək etdiyi ortaya çıxdı.

Milli Qocalma İnstitutu, çoxalmağı dayandıran, lakin zədə və ya stress səbəbiylə ölməyən yaşlı hüceyrələri "zombi hüceyrələri" adlandırır.

Buna görə yaşlanma əleyhinə müalicə üsulları hazırlamağa çalışan alimlər zombi hüceyrələrindən qurtulmağı düşünürlər.

Lakin elmi araşdırma jurnalında dərc olunan yeni araşdırma göstərir ki, bu hüceyrələri məhv etmək o qədər də yaxşı fikir deyil.

Tədqiqatçılar qocalmış hüceyrələrin əslində kök hüceyrələrin inkişafına kömək etdiyini aşkar ediblər. Bu, zombi hüceyrələrinin mümkün zədələnmədən sonra ağciyər toxumasının bərpasında rol oynadığını göstərir.

Laboratoriya siçanları və insan hüceyrələri üzərində aparılan araşdırmada qocalma ilə bağlı xəstəliklərlə mübarizə aparmaq üçün hazırlanan iki dərmanın – dasatinib və quercetin-in təsiri araşdırılıb.

Məlum olub ki, zombi hüceyrələrini öldürdüyü bilinən bu dərmanlar ağciyərləri bərpa edən mexanizmi pozur.

Tədqiqatın həmmüəllifi Tien Penq vurğuladı ki, qocalma açma-söndürmə açarından daha çox siferblat kimidir.

Buna görə də zombi hüceyrələri ən gəncdən böyüyə qədər geniş spektrə malikdir. Buna görə də tədqiqatçılar qocalmanı gecikdirməyə çalışarkən bütün zombi hüceyrələrinə eyni şəkildə müalicə oluna bilməyəcəyini düşünürlər.

Tədqiqatçı Leanne Jones: "Bəlkə də qocalma xəstəliklərinin ilk əlamətləri görünəndə qocalmış hüceyrələrin ən zərərli olanını müəyyən etməliyik" deyə bu barədə açıqlma verdi.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin