Azərbaycanda televiziya əməkdaşı 41 yaşında vəfat etdi - FOTO
17 May 2024
18:58 - 31 Oktyabr 2022
2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun attestasiya ilə əlaqədar görüləcək işlərlə bağlı Dövlət İmtahan Mərkəzinin yeni təqvim planı təsdiq edilib.
Manset.az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, “Şagird-məzun” dövlət elektron məlumat sisteminə 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı”nı DİM sədri Məleykə Abbaszadə təsdiqləyib.
Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin