“Yaşayış səviyyəsi yaxşılaşacaq” - Azərbaycanla sülh istəyən ermənilər (VİDEO)

19:08 - 31 Oktyabr 2022

“Yaşayış səviyyəsi yaxşılaşacaq” - Azərbaycanla sülh istəyən ermənilər (VİDEO)

Türkiyə ilə sərhəd kənddə yaşayan ermənilər Azərbaycan və Türkiyə ilə sülh içində yaşamağın tərəfdarıdırlar.

 

Manset.az xəbər verir ki, Ermənistan vətəndaşının sözlərinə görə, ölkələr arasındakı düşmənlik başda Robert Koçaryan olmaqla yalnız Ermənistanın əvvəlki hakimiyyətinə sərf edirdi:

“Mən Türkiyə ilə sərhədlərin açılması tərəfdarıyam. Belə olduğu halda insanlar ticarətlə məşğul olacaq və yaşayış səviyyəsi yaxşılaşacaq. Əhalinin 90%-i Türkiyə istehsalı olan paltarlar geyinir. Türklərə nifrət bəsləsək, o paltarları da geyinə bilməyəcəyik. İllərdir ki, sərhədlərimiz bağlıdır. Biz Türkiyəyə Rusiyadan və Gürcüstandan gedirik. Mən Azərbaycanla sülh müqaviləsinin bağlanmasının da tərəfdarıyam və müharibəyə qarşıyam”.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin