Azərbaycanda bu şəxslərin sosial təminatı gücləndirilir

19:13 - 31 Oktyabr 2022

Azərbaycanda bu şəxslərin sosial təminatı gücləndirilir

​​​​​Azərbaycanda əhalinin həssas qruplarının sosial təminatı gücləndirilir.

 

Manset.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial xidmət haqqında” qanunlara dəyişiklik edilir.

Təklif olunan dəyişikliklər sosial xidmətlərə əlçatanlığın artırılması baxımından vacibdir. Təqdim olunan layihələr əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan həmin istiqamətlərdə elektron xidmətlərdən daha çox istifadə edilməsi vətəndaşlarımızın sosial xidmətlərə əlçatanlığını artırmaqla yanaşı, həm də onların sosial təminatının daha qısa zamanda gücləndirilməsinə və bu istiqamətdə islahatların davam etdirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, dəyişiklik layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edildikdən sonra I oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin