Oğuzda sərnişin daşıyan maşın ağaca çırpıldı: sürücü xəsarət aldı- FOTOLAR

19:19 - 31 Oktyabr 2022

Oğuzda sərnişin daşıyan maşın ağaca çırpıldı: sürücü xəsarət aldı- FOTOLAR

Oğuzda sərnişin daşıyan avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisində keçən hissəsində baş verib.

Hələ ki şəxsiyyəti müəyyənləşməyən Oğuz rayon sakini idarəetməni itirib. O, idarə etdiyi “Ford” markalı avtomobili hərəkətdə olan traktorun qoşqusuna vurub.

Qəzadan sonra avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oğuzda sərnişin daşıyan maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO Oğuzda sərnişin daşıyan maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin