“Toyun səhəri günü eşq bitir” - Cavanşir Quliyev (VİDEO)

19:30 - 31 Oktyabr 2022

“Toyun səhəri günü eşq bitir” - Cavanşir Quliyev (VİDEO)

“Toyun səhəri günü eşq bitir. Həyat başlayır. Qızın dərrakəsi varsa, anlayır ki, həyat bulvarda gəzmək deyil. Həyatın başqa tərəfləri var. O zaman problem olmur”.

 

Manset.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Space TV-də yayımlanan “Açıq söhbət” proqramında deyib.

“Tənha deyiləm. Mənim qızım var, nəvəm var. Amma yaşayışım tənhadır. Sənətlə bağlı deyil. Bu adi  bir şeydir. İnsanlar evlənir, ayrılır. Məndə də elə oldu. Bu fövqəladə hadisə olmayıb. Evli olarkəndə mən işləyən zaman tək olurdum. Çünki yoldaşımda işə gedirdi. Mənə deyirdilər ki, tək yaşayırsan, məhəbbət mahnılarını necə yazırsan? Eşq vəziyyətini içimdə yaradıram. Mən də eşq yaşamaq istəyirdim, amma olmadı. Olmayanda olmur”, - deyə C. Quliyev əlavə edib.

C.Quliyev bildirib ki, xəyanət kişilərin qüsurudur:

“Qadın xəyanəti bağışlamamalıdır. O bizim qüsurumuzdur. İnsanda çox qüsur var. Ehtirasımız daha güclü çıxır. Ehtiras düşüncəni üstələyir. Sevgi deyilən şey daha çox psixiloji, mənəvi anlayışdır".

"Bir kişiyə necə qadın lazımdır. "Gözəl, yoxsa ağıllı?" sualına Cavanşir Quliyev belə cavab verib:

"Hər ikisi olsa yaxşı olar. Seçim qarşısında qalsam, ağıllı, təbii ki. Zəif yerlərimizdir".

 

 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin