İri qırmızı gözləri var idi, qoxusu 20 gündür getmirdi: 26 illik sirr ortaya çıxdı

19:35 - 31 Oktyabr 2022

İri qırmızı gözləri var idi, qoxusu 20 gündür getmirdi: 26 illik sirr ortaya çıxdı

Bütün dünyada yayımlanan “Moment of contact” sənədli filmi efirə çıxdığı andan gündəm oldu. Sənədli filmdə 1996-cı ildə yadplanetlilərlə indiyə qədər qurulmuş “ən yaxın təmas” müzakirə edilib. Hadisənin şahidlərinin ifadələri diqqət çəkib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Amazon və Apple TV-də yayımlanan “Moment of contact” sənədli filmi indiyə qədər heç vaxt məlum olmayan UFO-lar haqqında bir hekayəni ortaya qoydu. Sənədli filmin prodüserləri araşdırmalara və şahid ifadələrinə əsaslanaraq 1996-cı il yanvarın 13-də Braziliyada baş verdiyi iddia edilən bir hadisəni gündəmə gətiriblər.

Elmi fantastika filmi kimi səslənsə də, şahidlər və rəsmi sənədlər 1996-cı il yanvarın 13-də baş verən inanılmaz bir hadisənin üstünü açıb. Müvafiq olaraq, ABŞ Hərbi Hava Qüvvələri yanvarın 13-də Braziliyanın cənub-şərqində UFO-nu hədəfə alıb.

UFO-nun vurulmasından yeddi gün sonra, 14 və 16 yaşlı iki bacı dostları ilə birlikdə Varginha şəhərini gəzərkən divarın yanında diz çökmüş, iri qırmızı gözlü kiçik, qorxmuş yadplanetli gördüklərini qeyd etdilər və onların yanından qaçdılar.

İki bacı və onların dostlarının yadplanetlilərlə 'ən yaxın əlaqədə' olanlar olduğu iddia edilir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin