Hansı azərbaycanlı müğənni məşhur “San Remo Senior” mahnı yarışmasında ölkəmizi təmsil edəcək?

20:26 - 31 Oktyabr 2022

Hansı azərbaycanlı müğənni məşhur “San Remo Senior” mahnı yarışmasında ölkəmizi təmsil edəcək?

Bəstəkar-müğənni SİVVA 3-4 noyabr tarixlərində İtaliyanın San Remo şəhərində keçiriləcək mahnı yarışmasında “Revolt” (“Üsyan”) adlı mahnısı ilə çıxış edəcək.

 

Manset.az xəbər verir ki, məşhur “San Remo” Musiqi Festivalının bir layihəsi olan “San Remo Senior” mahnı yarışmasına dünyanın bir çox, o cümlədən, ABŞ, Kanada, Braziliya, Argentina, Almaniya, İspaniya, Astriya və digər ölkələrindən olan iştirakçılar qatılır. Bu il ölkəmizi adı çəkilən beynəlxalq yarışda ilk dəfə olaraq məhz SİVVA təmsil edəcək.

Xatırladaq ki, daha əvvəl 2018 ci ildə “San Remo Junior” uşaq mahnı yarışmasında Azərbaycandan adı çəkilən müsabiqəyə gənc ifaçı Fidan Hüseynova yollanmışdı. Sonradan isə “Uşaq Avroviziya” mahnı yarışmasında da ölkəmizi təmsil edib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin