Şadlıq sarayında 50 yaşlı kişinin 200 manatını əlindən alan şəxs axtarılır

20:32 - 31 Oktyabr 2022

Şadlıq sarayında 50 yaşlı kişinin 200 manatını əlindən alan şəxs axtarılır

Masallı rayonunda restoranların birində soyğunçuluq hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oktyabrın 29-da Masallı şəhəri ərazisində yerləşən “İlqar plaza” şadlıq sarayında naməlum şəxs 1972-ci il təvəllüdlü Əlövsət Əhmədova hücum edib.

Həmin şəxs 50 yaşlı kişinin 200 manat pulunu açıq talama yolu ilə alaraq uzaqlaşıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət edilib, araşdırma aparılır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin