Yataqxanada qaz balonu alışdı - HƏYƏCAN DOLU ANLAR

21:29 - 31 Oktyabr 2022

Yataqxanada qaz balonu alışdı - HƏYƏCAN DOLU ANLAR

Mingəçevirdə qaz balonunun alışması yataqxanada həyəcan dolu anlar yaşadıb.

 

Manset.az Azmedia.Az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində yerləşən yataqxanalardan birində baş verib.

Qaz balonunda qəfil alışma sakinlər arasında həyəcan doğurub.

Hətta hadisə yerinə təcili  yanğınsöndürmə  briqadası da  çağırılıb.Ətrafdakıların sayıqlığı itirmədən yanan balonu çevik şəkildə bayıra atması baş verə biləcək təhlükənin qarşısını alıb.

Xoşbəxtllikdən  alışan balon partlamayıb və zərərçəkən olmayıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin