Rusiya 16 ballistik raket daşıyan yeni nüvə sualtı qayığını sınaqdan keçirdi

21:35 - 31 Oktyabr 2022

Rusiya 16 ballistik raket daşıyan yeni nüvə sualtı qayığını sınaqdan keçirdi

Rusiya yeni nüvə sualtı qayığını sınaqdan keçirdiyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, nəhəng sualtı qayığın nüvə başlıqlı 16 ədəd Bulava sinfi raket daşıya biləcəyi öyrənilib.

Rusiyalı general Nikolay Yevmenov Rusiya nizami donanmasının yaradılmasının 326-cı ildönümü ilə bağlı çıxışında ən yeni nüvə enerjili strateji sualtı “Generalissimo Suvorov”un sınaqdan keçirildiyini bildirib.

Hərbi Dəniz Qüvvələrinin rəisi bildirib ki, sualtı qayıq Severodvinsk şəhərində Rusiyanın ən böyük gəmiqayırma müəssisəsi olan "Sevmaş" müəssisəsində hazırlanıb.

"Generalissimo Suvorov"  Rusiyanın 4-cü nəsil ballistik raket sualtı qayıqlarının 6-cı gəmisi və təkmilləşdirilmiş Borei-A sinifinin 2-ci seriyalı istehsal gəmisi kimi tanınır.

Hər bir “Borei-A” sinif gəmisi nüvə başlıqları olan 16 “Bulava” sinfinə aid raket daşıya bilər.

 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin