Dəm qazından ölən şəxs hərbçi deyilmiş - RƏSMİ (YENİLƏNDİ)

17:13 - 1 Noyabr 2022

Dəm qazından ölən şəxs hərbçi deyilmiş - RƏSMİ (YENİLƏNDİ)

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

 

Müdafiə Nazirliyindən Manset.az-a daxil olan məlumatda bildirilir ki, nazirliyin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.

16:11

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin