Daha bir avropa ölkəsində orduya “Hazır ol!” əmri verildi

17:08 - 1 Noyabr 2022

Daha bir avropa ölkəsində orduya “Hazır ol!” əmri verildi

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç ölkəsi ilə Kosovo arasındakı problemlərə dair açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vuçeviç bildirib ki, prezident Aleksandr Vuçiç Kosovo ilə mümkün gərginliyə görə orduya “hazır ol” əmrini verib:

"Prezident Aleksandar Vuçiç orduya hazır olmağı əmr etdi. Ordu Kosovodakı vəziyyətlə əlaqədar hazırlıq vəziyyətindədir”.

Serbiyanın ciddi ölkə olduğunu və bu səbəbdən heç kimin "müharibə oyunları" oynamaması lazım olduğunu bildirən Vuçeviç ölkəsinin dialoq tərəfdarı olduğunu vurğulayıb.

Ölkəsinin sülh və sabitliyə dəstək verməsinin “zəiflik və qorxaqlıq” kimi qiymətləndirilməməsi lazım olduğunu qeyd edən serb nazir ölkə ordusunun “əvvəlkindən daha güclü” olduğunu qeyd edib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin