Rusiya İrandan “İsgəndər-M” raketlərini alır

17:50 - 1 Noyabr 2022

Rusiya İrandan “İsgəndər-M” raketlərini alır

Rusiyanın İrandan almağı planlaşdırdığı ballistik raketlərinin Ukraynanın şimal sərhədinə yerləşdiriləcəyi ehtimal edilir.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi hava qüvvələrinin spikeri Yuri İqnat noyabrın 1-də jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

“Biz bu raketlərə qarşı bütün müdafiə vasitələrini işə salacağıq. Lakin onlar Ukraynın şimalına yerləşdirilsə, əsl təhdid yaradacaq”, - deyə Yuri İqnat bildirib.

Ukrayna rəsmisi bu tip raketlərə qarşı effektiv müdafiə sistemlərinin olmadığını da etiraf edib:

“Həmin raktləer 300-700 km-lik məsafəni qət edə bilir. Bunlar ballistik raketlərdir. Bizim bu raketlərə qarşı effektiv müdafiəmiz yoxdur. Onları vurmaq nəzəri cəhətdən mümkündür, lakin hazırda bunu həyata keçirmək çox çətindir. Çünki bizdə raketdən müdafiə yox, hava hücumundan müdafiə sistemləri mövcuddur”.

Yuri İqnatın sözlərinə görə, ruslar İrandan “İskəndər-M” tipli ballistik raketləri almaq istəyir. Hava hücumundan müdafiə sözçüsü bunu rusların əlindəki “İskəndər”lərin tükənməsi ilə izah edib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin