Elon Musk-ın Twitter macərası "fantastik" hal aldı...

18:42 - 1 Noyabr 2022

Elon Musk-ın Twitter macərası

Tesla və SpaceX-in baş direktoru Elon Musk satın aldığı Twitter-in idarə heyətini ləğv edib və özünü "yeganə menecer" elan edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mask daha əvvəl bəzi yüksək vəzifəli şəxsləri, o cümlədən Hüquq Siyasəti Direktoru Vijaya Qaddeni işdən çıxarmışdı. Baş icraçı direktor Paraq Aqraval, Baş Maliyyə Direktoru Ned Seqa və İdarə Heyətinin keçmiş sədri Bret Taylor işdən çıxarılan yüksək səviyyəli rəhbərlər arasında olub.

Twitter ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) şirkətin yeganə direktorunun Musk olduğunu bildirdi. Musk Twitter hesabındakı paylaşımında şirkətin yeganə meneceri olmağın “müvəqqəti” bir vəziyyət olduğunu qeyd edib.

Digər tərəfdən Səudiyyə Ərəbistanı Kral Holdinq Şirkətinin (KHC) baş icraçı direktoru Şahzadə Valid bin Talal Twitter-də Muskdan sonra ikinci ən böyük səhmdardır.

Bildirilib ki, Maskın sosial media şirkəti Twitter-i 44 milyard dollara alması başa çatıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin